Azərbaycan televiziyasi — 2003

23 oktyabr 2003-cü ildə Səxavət Məmmədovun 50 illik yubileyi dövlət səviyyəsində qeyd olundu.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən tədbirdə çıxış edən mədəniyyət naziri Polad Bülbüloğlu istedadlı xanəndənin heç vaxt unudulmayacağına inandığını bildirdi. Dövlət rəsmiləri, deputat və sənət adamlarının qatıldığı möhtəşəm yubiley gecəsinin bir qəhrəmanı vardı: Səxavət Məmmədovun özü. Aşağıdakı videoyazıya baxanda özünüz də bunun şahidi olacaqsınız.