Azərbaycanın əməkdar artisti Fehruz Səxavət yeni konsert proqramı ilə çıxış edib

Lent.az-ın verdiyi xəbərə görə, martın 2-də Heydər Əliyev Sarayında keçirilən konsert iki hissədən ibarət olub. Konsertin birinci hissəsində xanəndə muğam, ikinci hissəsində isə xalq mahnıları ifa edib.

Konsertin ən maraqlı anlarından biri Fehruz Səxavətin mərhum qardaşı, xanəndə Səxavət Məmmədovla duet oxuması olub. Səhnədə quraşdırılan monitor vasitəsilə Səxavət Məmmədovun “Qaragilə” mahnısı verilib. Fehruz Səxavət isə həmin mahnını mərhum qardaşı ilə duet şəkilində ifa edib. Bu mənzərə konserti izləyənləri göz yaşlarına qərq edib.

Konsertə xalq artistləri, mədəniyyət və incəsənət xadimləri qatılıb.

Konsertdə müğənninin bədii rəhbəri olduğu Səxavət Məmmədov adına “Qarabağ” instrumental ansamblı müşayiət edib.

Tədbirin ssenarisini Qulu Ağsəs yazıb.