Azərbaycan Dövlət Filarmoniyası Səxavət Məmmədovu çox dinləmişdi, 4 noyabr 2008-ci ildə isə, bu sənət ocağı Səxavətin xatirəsini qeyd edirdi. Bu da 55 yaş!..

ONUN ADI MUĞAM TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILIB.

“Azad bir quşdum” adlı xatirə gecəsində Səxavətin görüntüləri ekrana gəldi, səsi sağlığındakı kimi zalı riqqətə gətirdi. Səxavətsevərlər bu unudulmaz xatirə və muğam gecəsindən evə də əliboş qayıtmadılar. “Səxavətli muğamlar” və “Səxavətli mahnı və təsniflər” adlı yeni albomlar da ənənəvi olaraq pulsuz paylandı.